Aktrisa hava limanındakı sərxoş görüntülərindən danışdı: "Limon suyu deyildi, ağ şərab idi"

Aktrisa hava limanındakı sərxoş görüntülərindən danışdı:
https://peyk.az

Xəbər verdiyimiz kimi, aktrisa Pərvin Abıyevanın dünən İstanbuldan Bakıya qayıdarkən hava limanında sərxoş görüntüləri müzakirələrə səbəb olub.

Peyk.az in publika.az-a istinadən xəbər verir ki, sənətçi içkili görüntüləri ilə bağlı instaqramda açıqlama yayıb:

"Limon suyu deyildi, "italyanski" ağ şərab idi. Nə gözəl ki, gəlişim sizə son bir ayda olan hadisələri unutdurdu, sevindim. 28 yaşında yetişkin qadınam, 15 yaşında yeniyetmə deyiləm. Dövlətin aeroportu, təyyarəsidir. Gizlin etməmişəm ki? İçmişəm, içmişəm də, siz içmirsiniz?"