Alimlər ölmüş beyni diriltməyi bacardılar

Alimlər ölmüş beyni diriltməyi bacardılar
https://peyk.az

Yelsk Universitetinin alimləri ölmüş donuzun beynini ölüm təsdiq edildikdən 4 saat sonra diriltməyi bacarıblar.

Peyk.az oxu.az-a istinadən bildirir ki, beynin yenidən canlanması üçün mütəxəssislər süni qan dövranı və xüsusi zülal kokteylindən istifadə ediblər. Nature jurnalının məlumatına görə,alimlər xüsusi avadanlığa qoşulmuş ölmüş beyinin 4 saat sonra oksigen çatışmazlığına davamlı olduğunu və süni qan dövranına qoşulduqdan sonra kiçik kapilyarların işinin bərpa edildiyini müşahidə ediblər.

Hələ ki, şüurun bütövlükdə qayıtması və beyinin tam şəkildə fəaliyyətinin bərpası mümkün olmasa da, alimlər bir müddət sonra daha böyük uğur əldə ediləcəyinə ümidvardırlar.