Aprel döyüşlərinə həsr olunan virtual reallıq oyunu təqdim olunub.

Aprel döyüşlərinə həsr olunan virtual reallıq oyunu təqdim olunub.
https://peyk.az

Peyk.az Xeberler.aza istinaden  bildirir ki, belə uğurlu layihələrdən biri də Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan “CustomAR” şirkəti tərəfindən hazırlanan “Yüksəklik” adlanan virtual reallıq (VR) döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib.

Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi “Lələ Təpə” yüksəkliyindən ilhamlanıb. 2018-ci ildə Türkiyədə oyun sərgisində səhnə tərtibatı ilə istifadəçilərə təqdim olunan oyun ziyarətçilərin böyük marağına səbəb olub. Bu oyun yaradıcıları tərəfindən həm də virtual hərbi simulyator kimi inkişaf etdirilir. Hazırda layihə daha da təkmilləşdirilir və silahlı qüvvələr üçün hərbi simulyator prototipi kimi iki müxtəlif layihə formasında hazırlanır.

Bununla yanaşı, “CustomAR” şirkəti hərbi qüvvələr üçün virtual reallıq (VR) treninqləri təşkil etmək niyyətindədir. Bu məqsədlə istifadə üçün nəzərdə tutulan qurğuların alınmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəsait ayırıb.