"Ayselin o kişi ilə münasibəti..."- Səidə Sultan heç kəsin bilmədiyi SİRRİ AÇDI

peyk.az

Bu gün "Səni Axtarıram" verilişində əməlli - başlı qalmaqal baş verib.

Peyk.az xəbər verir ki, efirdə qonaq olan Səidə Sultan məşhurların şəxsi həyatının efirdə müzakirə olunmasını tənqid edib. O bildirib ki, bir müddət öncə nənəsi ilə yaşadığı problemin efirdə getdiyi vaxt özünü öldürmək istəyib:

"Heç kəsin ixtiyarı yoxdur ki, mənim şəxsi həyatımı efirə çıxarıb müzakirə etsin. Qanunda, Azərbaycan Konsititusiyasında bununla bağlı qeydlər var. Sevda kiminsə balasıdır. Mən o hissi görmşüəm. El məni qınayanda özümü öldürmək istəyirdim. Siz niyə insanları buna vadar edirsiz?! Mən bir qadın olaraq, heç kəsin ailəsini dağıtmaram. Mən öz əxlaqıma da, tərbiyəmə də bələdəm. Mən də deyirəm, niyə subay qızlar evli kişi ilə görüşməlidir və onun aiəsini dağıtmalıdır? Bunların verilməsinə haqq qazandırıram. Düzdür, bəlkə ondan nəticə çıxaran insanlar var. Amma Ayselə qaldıqda isə, Ayselin həmin kişi ilə münasibəti bitmişdi. Tək Turanənin uşaq məsələsi qalsaydı, camaat bu qədər maraqlanmazdı. Turanə məsələsi məhz Ayselin adına görə bu boyda böyüdü".