Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi oldu

Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi oldu
https://peyk.az

Peyk.az  bildirir ki, sərgidə ölkəmizə məxsus pavilyonda öz yeniliklərini təqdim edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan  CustomAR şirkəti və Nazirliyin Yüksək Texnologiyalar Parkının rezidenti olan İQREX startap layihəsi müsbət nəticələr əldə edib.

Sərgi çərçivəsində dünya ölkələri arasında keçirilən Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının Cəlal Rəhimovun İQREX startap layihəsi qalib olub. Yarışda Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin innovativ layihələri yarışıb.

Yarışın məqsədi insanların həyatını yaxşılaşdıran yeniliklər təqdim edən sahibkarları təşviq etməkdir. Qaliblər sosial və texniki ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.

Müsabiqəyə təqdim edilən layihələr genişzolaqlı optik kabel, rəqəmli kənd təsərrüfatı, mobil təlim, təhsil, səhiyyə, virtual və artırılmış reallıq texnologiyaları, onlayn bilet satışı, onlayn ödəmə, qeyri-rəsmi əmanət platformaları, məşğulluq kimi geniş spektrli sahələri əhatə edib.

Qlobal yarışın qalibi olan İQREX layihəsi - QR kod vasitəsi ilə orijinal məhsulların qeyri-orijinallardan fərqini müəyyənləşdirir.

istinad xeberler.az saytinadir