Azərbaycanda insanları zəhərləyən şəxs saxlanıldı

Azərbaycanda insanları zəhərləyən şəxs saxlanıldı
peyk.az

Ağcabədi rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi Rüfət Məmmədovun verdiyi məlumata görə, şöbə əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxsin aşkar edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

R.Məmmədovun sözlərinə görə, əməliyyat zamanı sözügedən əməllərdə şübhəli bilinən rayonun 1988-ci il təvəllüdlü Avşar Kənd sakini Elməddin Məmmədov narkotik vasitə hesab olunan 76,21 qram heroin satarkən saxlanılıb. Onun ətrafında aparılan araşdırmalar zamanı yaşadığı evdən 1 kq 180 qram marixuana aşkar edilərək götürülüb

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.