"Bir zamanlar Rövnəq Abdullayevin qohumu mənə demişdi ki "

https://peyk.az

"Son zamanlar gördüklərim və eşitdiklərim məni çox düşündürür. Və hər dəfəsində niyə, nədən sualı qarşıma çıxır. Baxıram iş toplantılarına müxtəlif ölkələrdən gələnlər var. Mən özüm də tez-tez xarici səfərlərdə oluram və görürəm ki, insanlar, iş adamları necə bir-birinin tərəfini tutur, dövlət necə bu iş adamlarının arxasında durur. Bizdə axı bu birlik niyə yoxdur? Nədəni nədir? Niyə bizim əzəl düşmənimiz bir olub bizə qarşı ola bilir, biz amma yox? Niyə bizim Rusiyadakı iş adamlarımız ermənilərə çörək verə bilir? Onlarda azərbaycanlı qanı axmır mı? Onlar bu vətənin oğulları deyillər mi? Heç mi öz vətənləri üçün nəsə etmək istəmirlər? Heç bir bir ideologiya yoxdur ki, onun ətrafında birləşsinlər?". Criminal.az xəbər verir ki, bu fikirlər "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova məxsusdur.

Şirkət rəhbəri şəxsi "instagram" profilində "Socar" rəhbərinin ünvanına sərt ittihamlar yazıb: "Bizim axı bitməyən, sağalmayan yaramız var: Qarabağ. Mən başa düşmürəm, niyə biz ermənilərə, onların kilsələrə pulsuz qaz verməliyik, amma öz xalqımıza limitlə? Bir-birimizə olan bu paxıllıq bizi məhv edəcək. Mən düşünürəm, niyə bizim iş adamlarımız imkansız insanlara əl tutmaq istəmir? Niyə ölkəmdə dövlətin qapılardan qovulub bu qapıya gəlirlər? Axı biz ürəyi böyük xalqıq. Qonaqpərvər, insansevər. Bəs özümüzdən olanları niyə sevmirik? Niyə bir-birimizə nifrət edirik? Bir-birimizə ancaq problem yaratmağa çalışırıq? Doğrudanmı biz bir-birimizəmi problem yaradırıq, yoxsa bizim kimi görünənlər kürəyimizdənmi vurur? Namərdlər! Bizim xalq niyə pis yaşamalıdır? Bu qədər zəngin varkən dərdimiz nədir?

Zəngin demişkən, neftimizdən pul qazanıb bundan doymayan SOCAR rəhbərliyi nə zamana qədər qohumlarınızı yedirəcəksiniz? Bir az o çərçivədən çıxın da. Ətrafa baxın, yanınızda yox tabeliyinizdə olan insanlara, o neft daşlarında, dənizin ortasında işləyənlərə baxın. Ailələrinə baxın. Neftimizdən varlanıb özünü iş adamı sayanlar, baxın görün sizi sayan var? Necə gəlmisiniz elə də gedəcəksiz. Heç iziniz də, tozunuz da qalmayacaq bu tarixdə.

Bu millətin cibindən, dövlətdən oğurladıqlarınız fitil-fitil gələcək burunuzdan. İnanın ki, ədalət kor və topal olsa da, mənzilinə hər zaman çatır...".

M.Mənsimov daha sonra yazıb ki, doğrunu demək hər zaman göz cıxarıb. Bu hələ harasıdır?! Deyə biləcək və göstərə biləcək sənədli sübutlu o qədər faktlarım var ki... Onları açıb ortaya qoysam, gərək o insanlar başqa ölkəyə qaçsınlar, ya da həbs olunsunlar.

"Vətənim Azərbaycanda olan bəzi məmurlar hələ də anlamırlar ki, mən onlarla məşğul olmağa başlamamışam. Əgər mən sizə cavab verməyə başlasam, öncə arxasına sığındığınız dövlət sizdən hesabat tələb edəcək. Bunun da zamanı gələcək. Birincisi, məni müxalifətçi adlandiran qudurmuş köpəklərə üz tutub soruşuram: Doğrunu demək, birliyə, əl tutmağa cağırmaq nə zamandan müxalifət olmaq olub? Nə vaxtdan "Socar"a söz deyəndə dövlətə qarşı çixmış olursan?! Qazın limitlə xalqa, erməni kilsələrinə pulsuz verilməsini mən demirəm. Bir -birimizə necə nifrət və paxıllıq etdiyimizi də deməyə ehtiyac yoxdu. Bu bariz ortada.Təbii, sizin üçün şərəfini pula satan köpəklər üçün bulağın suyunun quruması faciədir. Nəsə yazmalısız, yazın. Amma belə absurd yazılar deyil".

İş adamı qeyd edib ki, bir zamanlar Rövnəq Abdullayevin qohumu Anar Aliyev mənə belə bir şey demişdi. Bir jurnalist var, gördüm məndən yazmağa başladı, köpək kimi ağzına pul atdım hürməyi dayandı. Sizdən deyirdi. Beyinsızlər, deyim bir daha bilin ki, mənim heç erməni ortağım olmayıb, olmayacaq da. Mən bir erməni piçi ilə bir masaya bilə oturmadim. Qaldi adını yazdığınız o erməni picine, bəli rastlaşmışıq. Onu eşşək kimi döydüyümü Türkiyədə hər kəs bilir. Necə ki, ermənilərin 1 nömrəli düşmənləri olduğumu. "Socar"a gəldikdə, kimin kimə ziyan vurduğunu və kimin kimdən oğurluq etdiyini İngiltərə məhkəməsi müəyyəm edecək.

"Palmali Socarı külli miqdarda ziyana uğradığına görə məhkəməyə verib. Ey ucuz adamlar! Bir daha bəyan edirəm Siz nə yazsanız da, nə etsəniz də, hansı dona və rəngə girsəniz də Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər. Kimə ağıl verirsiniz?! Geri zekalılar ?! Bir daha deyirəm, ucuz satdığınız qələmlərinizlə iş adamları ilə dövləti üz-üzə qoymayın" - M.Mənsimov vurğulayıb.