Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb
https://peyk.az

Kaspersky Lab 2015-ci ili 2014 ilə müqayisə edərək kiber-hücumlardakı artım faizlərini və hansı sektorların daha çox hücum hədəfi olduğunu göstərən hesabat yayımlayıb.

Xeberler.az-ın xarici mətubata istinadən verdiyi məlumata görə, şirkətlərin kompüterlərinin 58 faizinə ən az bir dəfə zərərverici proqram yoluxdurmağı çalışan hücumlar baş verib.

2014-cü ildə bu cür hücumların nisbəti 55 faiz olub.

Koorperativ kompüterlərin 29 faizi isə ən az bir dəfə internet vasitəsilə hücum məruz qalıb.

Eyni zamanda bu kompüterlərin 41 faizi USB və ya digər fiziki cihazlar vasitəsilə yoluxan zərərverici proqram hücumuna məruz qalıb.

Kiber-hücumların əsas hədəfi maliyyə sektorudur. Banklar, investiya fondları, səhm və valyuta dəyişmə birjaları 2015-ci ildə əsas hədəfi olub. Maraq doğuran digər məqam isə pərakəndə ticarət müəssisələrinə hücumlarda ciddi artımın olmasıdır.

Kaspersky Lab 2015-ci ildə POS cihazlarına edilən 11 min 500 hücumun qarşısın aldığını da qeyd edib.

2015-ci ildə girovçular (cryptolockers) şirkətləri və şəxsləri xeyli çətinə sala biliblər. Təkcə Kaspersky Lab 50 mindən çox koperativ kompüterin girovçuların hücumuna məruz qaldığını bildirib.

Bu keçən təxmin 25 min qədər idi.

Kasperky Lab-ın Qlobal Araşdırma və Analiz Komandasının üzvi Yury Namestnikov xüsusilə qeyd edib ki, kiber-hücumların qarşısını təkcə təhlükəsizlik proqramları və tədibrləri ilə almaq mümkün deyil, qanunvericilərin tərtib edəcəyi qanuni cəzalarla bu cür cinayətlərə meylin azaldıması da lazımdır.