Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı Portalın demo versiyasının təqdimatı olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı Portalın demo versiyasının təqdimatı olub
https://peyk.az

Elektron Hökumətin İnkişafı Mərkəzində baş tutan toplantıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı Portalın Demo versiyasının təqdimatı olub.

İctimai Şuranın kordinatoru Osman Gündüzün verdiyi məlumata görə toplantıda İctimai Şuranın üzvləri və adı çəkilən qurumların məsul şəxsləri, İT sektorun nümayəndələri və ekspertlər iştirak edib. 

Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov toplantıda çıxış ediblər.

İctimai Şuranın üzvləri təqdim edilən saytın təkmilləşdirilməsi üçün xeyli təkliflər irəli sürüblər. Nazirliyin rəsmiləri irəli sürülən təkliflərin mühüm əhəmiyyət kəsb etdiyini və hər bir təklifin diqqətlə nəzərdən keçiriləcəyini bildiriblər.

Nazirlik rəsmiləri təkmilləşdirmə işlərini apardıqdan sonra yaxın günlərdə saytın geniş ictimaiyyətə təqdim ediləcəyini bildiriblər.