Gürcülər təhlükəli oyun oynayır - Deputatdan SƏRT REAKSİYA

Gürcülər təhlükəli oyun oynayır - Deputatdan SƏRT REAKSİYA
peyk.az

Son günlərdə bəzi Gürcüstan siyasətçiləri Azərbaycana və Azərbaycan xalqına qarşı həqarət yağdırmağa, iki ölkə arasında gərginlik yaratmağa çalışırlar. Düzdür, onların öz ölkəsində də nüfuzları aşağıdır, seçkilərdə yığdıqları səs çox aşağıdır. Həmçinin, onların mövqeyini sivil, ciddi gürcü dairələri bölüşmürülər.

Sonxeber az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Bu siyasətçilərin təhlükəli oyun oynadıqlarını demək lazımdır. Və onların son dövrdə üzə çıxan cəsarətlərinin siyasi sifariş olduğu açıq-aydın görünür.

Cənubi Qafqaz kimi həssas bir bölgədə Azərbaycan-Gürcüstan dostluğu sülhün və əmin-amanlığın əsas dayaqlarından biridir. Görünür xaricdə müəyyən dairələr üçün Ermənistan faktoru azdır, indi onlar gərginlik üçün gürcü İŞİD-dən istifadə etmək istəyirlər.

Ancaq Azərbaycan və Gürcüstan heç zaman provokasiyaya getməyəcəklər və regionu yeni gərginlik ocağına çevirmək cəhdi baş tutmayacaq", - A.Mirzəzadə qeyd edib.