İsmayıllıda “BMW” aşdı - 3 ölü, 1 yaralı var.

İsmayıllıda “BMW” aşdı - 3 ölü, 1 yaralı var.
https://peyk.az

 İsmayıllı rayonunun Lahıc qəsəbəsində "BMW” markalı minik avtomobili yol kənarına aşıb. PEYK.AZ  FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü və 1 nəfər sərnişinin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini, yaralı vəziyyətdə olan digər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Hadisə Lahıc-Dəmirçi yolunun 4-cü kilometrliyində,İsmayıllının Əhən kəndi ərazisində baş verib. İsmayıllıdan Şamaxı İstiqamətində hərəkətdə olan "BMW" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olanlardan 3 nəfər hadisə yerində ölüb. Bir nəfər ağır xəsarətlərlə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.