İsraildə yeni seçilən parlament fəaliyyətə başlayıb

İsraildə yeni seçilən parlament fəaliyyətə başlayıb
peyk.az

İsrailin yeni seçilən knesseti (parlament) rəsmi andiçmə mərasimindən sonra ölkə Prezidentinin ənənəvi xeyir-duası ilə fəaliyyətə başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Prezident Reuven Rivlin seçki kampaniyası dövründə qarşılıqlı hücumlar və təhriflərin baş alıb getdiyini, nifrət ab-havasının hökm sürdüyünü, lakin bütün bunların keçmişdə qaldığını bildirib.