Məşhur aktyoru güllələyərək öldürdülər

Məşhur aktyoru güllələyərək öldürdülər
https://peyk.az

"T2 Trainspotting" filminin ulduzu məşhur aktyor Bredli Velş qətlə yetirilib.
Peyk.az "Ölkə.Az"a istiadən xəbər verir ki, aktyor Şotlandiyanın Edinburq şəhərində güllələnib.

Şotlandiya polisindən verilən açıqlamaya əsasən, 42 yaşlı Bredli dünən gecə yarısı silahlı hücuma məruz qalıb və dünyasını dəyişib. Hazırda polis cinayət işi başlayıb və istintaq aparır. Aktyorun sui-qəsd qurbanı olduğu ehtimal edilir. Velş aktyorluqla yanaşı boks çempionudur. İngiltərə vətəndaşı olan Bredli eyni zamanda televiziyada aparıcılıq da edib.