NASA-dan QORXUNC XƏBƏRDARLIQ - Nəhəng göy cismi Yerlə toqquşacaq

NASA-dan QORXUNC XƏBƏRDARLIQ - Nəhəng göy cismi Yerlə toqquşacaq
https://peyk.az

Amerika Aeronavtika və Kosmos İdarəsi (NASA) xəbərdarlıq edir.

Peyk.az publika.az-a istinadən xəbər verir ki, idarənin mütəxəssisləri uzunluğu 30 metr olduğu təxmin edilən (təxminən, 10 mərtəbəli bina hündürlüyündə - red.) meteoritin Yer kürəsinin son dərəcə yaxınlığından keçəcəyini bildirir.

Aprelin 9-da kəşf edilən meteorit planetimizin 218 min km yaxınlığından keçəcək. Bu da Yerin orbitinə nəzərən təhlükəli vəziyyət yaradacaq.

Elm adamları meteoritin 2034, 2041, və 2048-ci illərdə dünyaya daha da yaxınlaşacağını təxmin edir. Bu keçidlərin uzaqlığını hesablamak çətin olduğundan, göy cismi 100 il içində Yerlə toqquşmaq riski olan meteoritlər siyahısına salınıb.