Paşinyan: “Biz yarım müharibə vəziyyətindəyik ”

Paşinyan: “Biz yarım müharibə vəziyyətindəyik ”
peyk.az

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamalar verib.

 

Modernaz Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, təmas xəttində atəşkəsin tez-tez pozulması hallarından danışıb.

“Azərbaycan son 25 ili intensiv şəkildə müharibəyə hazırlaşır. Əgər hər gün atəş açılırsa, deməli, biz müharibə vəziyyətindəyik”.

 

Paşinyan İlham Əliyevlə müntəzəm əlaqə kanalının olduğunu deyib. O, əlaqə zamanı qarşılıqlı ittihamların da səsləndiyini əlavə edib.

“Əminəm ki, nələrin baş verdiyini və necə baş verdiyini anlayacayıq”.