×
Jump directly to the content
TOP

The Sun

Səddam Hüseynin nəvəsinin Parisdə

What's Your Reaction?

1
1
0
1
0
3
admin Apr 20, 2019

İraqın mərhum prezidenti Səddam Hüseynin nəvəsi Münifin Fransanın paytaxtı Parisdə dəbdəbəli toyu olub.

Toyun nə vaxt olması barədə məlumat verilməsə də, görüntülər aprel ayının əvvəlində paylaşılıb. Toy məclisi Parisin Opera və balet teatrında keçirilib. Münif Lara adlı xanımla ailə həyatı qurub.

Gecədə diqqətçəkən məqamlardan biri bəyin zala daxil olduqdan sonra Azanın səsləndirilməsi olub.

Qeyd edək ki, Səddam Hüseyn 1979-cu il iyulun 16-dan 2003-cü il aprelin 9-dək İraqın prezidenti olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib, həmin il dekabrın 13 - də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006 - cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilib. 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam edilib.