Rusiyanın Pyatiqorsk şəhərinin Predqornı rayonunda yerləşən böyük bazarda yanğın başlayıb.

Rusiyanın Pyatiqorsk şəhərinin Predqornı rayonunda yerləşən böyük bazarda yanğın başlayıb.
peyk.az

Pyatiqorsk şəhərinin Predqornı rayonunda yerləşən böyük bazardakı yanğın lokallaşdırılıb.

Bu haqda məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarı üzrə idarəsi yayıb.

Yanğın 2,4 min kvadrat metr ərazini əhatə edib.

***

Rusiyanın Pyatiqorsk şəhərinin Predqornı rayonunda yerləşən böyük bazarda yanğın başlayıb.

Bu haqda "RİA Novosti" məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Xidmətinin Stavropol diyarı üzrə idarəsinin məlumatına görə, yanğın Moskva vaxtı ilə 09:10 radələrində (Bakı vaxtı ilə 08:10-da) meydana gəlib. Yanğınsöndürənlər gələnə qədər alov 2,4 min kvadrat metrə qədər yayılıb.

Ölənlər və yaralılar barədə hələlik heç bir məlumat yoxdur.