Sarkisyan Şuşanı necə işğal etdiklərindən DANIŞDI

Sarkisyan Şuşanı necə işğal etdiklərindən DANIŞDI
peyk.az

“Mən hər dəfə Şuşanın ələ keçirilməsi barədə söz düşəndə general Valeri Çitçyanın mayın 9-u səhər saat 5:15 radələrində rusca təkrarladığı “düşməni görmürəm” sözləri yadıma düşür”.

 

Moder.az xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ölkənin İctimai Televiziyasına açıqlamasında deyib:
 

“O, həmin sözləri ikinci dəfə təkrar edəndə anladım ki, Şuşa alınıb. Şəhərə hücum 4 istiqamətdə inkişaf edirdi.  Bu əməliyyatın uğurla başa çatmasının bir səbəbi də 3 ay əvvəl Daşaltı uğrunda döyüş zamanı itki versək də, azərbaycanlıların ən döyüşkən dəstələrini məhv etməyimiz idi. Həmin döyüşdən sonra Azərbaycanda məhkəmə prosesləri keçirilmiş, bəzi şəxslər cəzalandırılmışdı. İkinci mühüm amil isə Azərbaycandakı daxili siyasi proseslər, çəkişmələr idi. Bu amil bizim xeyrimizə oldu".


Sarkisyan Şuşanın işğalında Robert Koçaryanın və öz rolundan da danışıb:
 

""Dağlarda  döyüş" əməliyyatına təkcə könüllülər cəlb olunmamışdı, bütün siyasi rəhbərliyimiz də Şuşanın alınması üçün səfərbər olunmuşdu. Qarabağın lideri Robert Koçaryan əlində silah Laçın istiqamətində adi əsgər kimi döyüşürdü. Bako Saakyan bölük komandiri idi. Əməliyyatın koordinasiyasına mən rəhbərlik edirdim. Amma mən də Robert Koaçryana və Vazgen Sarkisyana hesabat verməli idim". 


Serj Sarkisyan etiraf edib ki, Şuşa alınmasaydı, Dağlıq Qarabağdakı separatçı hərəkat qısa müddətdə heçə enəcəkdi...