"Yuventus" yayda Pyaniçi 100 milyon avroya sata bilər

https://peyk.az

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, "Qoca sinyora" 29 yaşlı yarımmüdafiəçinin satışı ilə heyətin yenilənməsi və yeni oyunçuların alınması variantını nəzərdən keçirir.

Bosniyalının transferi klubun büdcəsinə 100 milyon avroya yaxın gəlir gətirə bilər.

Pyaniç "Yuventus"a 2016-cı ilin yayında "Roma"dan transfer olunub. Onun komandaya keçidi turinlilərə 32 mln. avroya başa gəlib. Futbolçu cari mövsümdə klub səviyyəsində 39 oyunda iştirak edib, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Pyaniçin klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Istinad report.az saytinadir